“Kəpəz” klubu yaxın günlərdə heyətinə daha bir futbolçu qatmağı düşünür.  
Gəncə təmsilçisi əslən Malidən olan legionerlə danışıq aparır. Adam Niane adlı hücumçu artıq “Kəpəz”ə keçməyə razılıq verib. 30 yaşlı futbolçunun yaxın günlərdə Azərbaycana gəlib klubla müqavilə bağlaması gözlənilir.  Qeyd edək ki, Adam Nianın son klubu İranın “Mazandaran” komandası olub. O, əvvəllər Fransanın “Nant”, “Soşo”, Belçikanın “Şarlerua” və “Ostende” klublarının da şərəfini qoruyub.